Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“GİRİŞ-ÇIXIŞ VƏ QEYDİYYAT” İDARƏLƏRARASI AVTOMATLAŞDIRILMIŞ MƏLUMAT-AXTARIŞ SİSTEMİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2008-Cİ İL 22 APREL TARİXLİ 744 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №4, maddə 258, №12, maddə 1058; 2009-cu il, №2, maddə 75, №7, maddə 532, №8, maddə 618, №10, maddə 776) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə aşağıdakı əlavələr edilsin:

1. aşağıdakı məzmunda 8.17-ci bənd əlavə edilsin:

“8.17. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi:

təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq telefon (məftilli), sellülar (mobil), radiotrank və simsiz telefon xidmətləri göstərən rabitə müəssisələrinin (operatorlarının) abunəçiləri haqqında məlumatların Sistemə daxil edilməsi.”;

2. 9-cu bənddə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,” sözlərindən sonra “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin