CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun gömrük nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisində xüsusi olaraq düzəldilən gizli saxlanc yerindən, arxa oturacağın içərisindən və arxa şüşənin örtüyünün altından gömrük nəzarətindən gizlədilən 1380 ədəd "K0201" pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.