CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
İdarənin “Sınıq Körpü” gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətinə düzgün bəyan edilməyən və aksiz markasız 18 ədəd 1 litrlik “Qosudarev zakaz” adlı spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.