“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndinə əsasən qərara alır:
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №22, maddə 352; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №12, maddə 742; 1999-cu il, №4, maddə 225; 2001-ci il, №3, maddələr 145, 151, №5, maddələr 296, 299; 2009-cu il, №2, maddə 57, №12, maddə 967; 2010-cu il, №8, maddə 712) 30-cu maddəsinə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin;
“5. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilir. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tarifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2011-ci il.