GÖMRÜKÇÜLƏR 22 KİLOQRAM QARA KÜRÜ AŞKARLAMIŞLAR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a məlumat vermişlər ki, Tovuz gömrükxanasının əməkdaşları bu günlərdə ölkəmizin ərazisindən gizli çıxarılan xeyli miqdarda qara kürü qaçaqmalçılığının qarşısını almışlar. “Sınıq körpü” postunda Azərbaycandan Türkiyəyə gedən döst ölkənin vətəndaşı Muhammed Aydemirin idarə etdiyi “Mersedes” markalı yük maşınına baxış keçirilərkən sürücü salonunda yerləşən yataq yerinin altından bəyannamədə göstərilməyən, üzərində heç bir yazısı olmayan səkkiz ədəd ağ dəmir bankalarda hər biri 2,5 kiloqram olmaqla 20 və dörd ədəd dəmir bankalarda üzərində “Astraxan OAO”, “Russkaya ikra” sözləri yazılmış hər biri 500 qram olan 2 kiloqram, ümumilikdə isə cəmi 22 kiloqram qara kürü aşkar edilmişdir.
Faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]