Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib
Bakı, 4 fevral, AZƏRTAC
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.
Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən 92 ədəd paletdə gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 61 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [20:11]
Ədalətin təntənəsi: Xalqımıza qarşı cinayət törədənlər cəzasız qalmadı VİDEO
- 04.02.2026 [19:36]
TÜRKPA ilə TÜİB arasında əlaqələr daha da gücləndirilir
- 04.02.2026 [19:25]
Parklar arasında piyadaların hərəkəti: mövcud vəziyyət və yanaşmalar VİDEO
- 04.02.2026 [18:18]
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- 04.02.2026 [18:11]
Sabunçu rayonunda oğurluq edən şəxslər saxlanılıblar
- 04.02.2026 [17:54]
“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətləri Sammitində
- 04.02.2026 [17:47]