Gömrükçülər narkotik vasitə aşkarlayıblar
Bakı, 5 aprel, AZƏRTAC
Gömrükçülər narkotik vasitə aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda ölkəmizdən tranzit keçməklə, İrandan Gürcüstana “qurudulmuş süd” yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi “Scania” markalı yük avtomobili gömrük nəzarəti zamanı saxlanılıb. Şəxsi yoxlama zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərindən şəffaf selofanda bir ədəd bükümdə gömrük nəzarətinə bəyan edilməyən, “M40” nişanəsi olan 3 ədəd metadon adlı həb aşkarlanıb.
Qeyd edək ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in II Siyahısına daxildir və 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.