Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Gömrükçülər ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunması naminə yeni nailiyyətlərə imza atacaqlar

Bakı, 30 yanvar, AZƏRTAC

Yanvarın 30-da Dövlət Gömrük Komitəsində (DGK) ötən ilin yekunları ilə bağlı kollegiya iclası və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş mərasim keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər güllər düzüblər. Gömrükçülər Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra komitənin mərkəzi aparatında kollegiya iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev gömrük xidməti əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edib. Vurğulanıb ki, gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu orqanın fəaliyyətini daim diqqətdə saxlayıb. Yanvarın 30-nun gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz Ulu Öndərin adı ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra, 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradılıb. Hazırda ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikası iqtisadi inkişaf səviyyəsinə görə artıq 11 ildir ki, dünyada lider ölkələr sırasındadır: “Bu dinamika 2014-cü ildə də qorunub saxlanılıb, əvvəlki illərdə olduğu kimi, ötən il də ölkəmizin sürətli sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edib. Bugünkü böyük iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik inkişafı, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həll edilməsi Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verir”.

Aydın Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarına xüsusi rütbələrin verilməsi və təltif edilməsi ilə bağlı sərəncamlarına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev hesabat məruzəsində qeyd edib ki, hazırda Azərbaycan Gömrük Xidməti dünya gömrük ailəsində özünəməxsus layiqli bir yer tutub və aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirir. Bu baxımdan, Ümumdünya Gömrük Təşkilatının dünyanın 6 regionu üzrə sonuncu - Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin 2011-ci ildə Bakı şəhərində yaradılması da təsadüfi deyil. Regional Ofisin fəaliyyəti üçün Azərbaycanın seçilməsinin səbəbləri ilk növbədə ölkə rəhbərliyinin gömrük xidmətinə göstərdiyi diqqət və eyni zamanda, gömrük xidmətinin əldə etdiyi nailiyyətlərdir.

Azərbaycanın gömrük keçid məntəqələrində yaradılan şərait, tətbiq olunan müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ də mövcud deyil. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıqlar gömrük əməkdaşlarına işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Bütün bunlar da daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə, gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

Səfər Mehdiyev bildirib ki, ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etmək məqsədilə 2011-ci ildə BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə “Hədəf” Əməliyyat Mərkəzi yaradılıb. Burada video­görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa mərkəzə ötürülür və 20 monitorla izlənilir. Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də “onlayn” şəklində mərkəzə daxil olur. Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır. Ümumilikdə, Azərbaycan gömrüyündə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin yaradılması və tətbiqi post və keçid-buraxılış məntəqələrinin də veb-texnologiyalar əsasında tam modern olmasını tələb etməklə yanaşı, gömrük nəzarətinin daha müasir qaydada həyata keçirilməsinə imkan verir.

Hesabat məruzəsində vurğulanıb ki, Dövlət Gömrük Komitəsi 2014-cü ildə nəzərdə tutulan 1 milyard 510,0 milyon manat illik büdcə proqnozuna qarşı 1 milyard 510,76 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 100,05 faiz əməl edib. Eyni zamanda, 2015-ci və növbəti üç il üçün proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin layihəsinin hazırlanması məqsədi ilə geniş iqtisadi təhlillər aparılıb və müvafiq təkliflər aidiyyəti üzrə təqdim edilib. Nəticədə komitə üçün 2015-ci il üzrə 80 milyon manat və ya 5,3 faiz artımla 1 milyard 590 milyon manat həcmində büdcə proqnozu müəyyən edilib.

Gömrük orqanları tərəfindən ötən ildə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 10811 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 424-ü cinayət xarakterli olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 577 min 813 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 473 nəfərin barəsində müvafiq tədbirlər görülüb. Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə 2014-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 158 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 178 kiloqram 369 qramdan çox narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Kollegiya iclasında xüsusi vurğulanıb ki, Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı ölkəmizin qarşıdakı mərhələdə də böyük uğurlar əldə edəcəyinə, respublikamızın yaxın gələcəkdə bütün sahələrdə dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevriləcəyinə böyük ümidlər yaradır. Bu işdə gömrükçülər də onların qarşısında qoyulan mühüm vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcək, ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunması naminə yeni-yeni nailiyyətlərə imza atacaqlar.

Daha sonra gömrük xidməti general-mayoru Şahin Bağırov Dövlət Gömrük Komitəsinin 2015-ci il üçün iş planı barədə məlumat verib və sənəd təsdiq edilib.

Çıxışlardan sonra Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının orden və medallarla təltif edilməsi, eləcə də ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Prezidentinin 28 yanvar 2015-ci il tarixli sərəncamları oxunub.

Həmçinin mərasimdə Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Dünya Gömrük Təşkilatının sertifikatları təqdim edilib, eləcə də fəxri fərmanlar, xüsusi rütbələr verilməsi haqqında DGK sədrinin müvafiq əmrləri dinlənilib.

Mərasimin sonunda isə yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib