GÖMRÜKÇÜLƏR PROQNOZ TAPŞIRIĞA ƏMƏL ETMİŞLƏR
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ilkin məlumata görə, səkkiz ay ərzində gömrük orqanları tərəfindən 741,68 milyard manat əvəzinə 810,49 milyard manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülmüşdür. Bu, nəzərdə tutulandan 9,28 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 176,03 milyard manat və ya 27,74 faiz çoxdur.