CƏMİYYƏT
Goranboy rayonunda partlamamış top mərmisi və digər hərbi sursat tapılmışdır
Bakı, 14 iyun (AZƏRTAC). Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Goranboy rayonunun Yuxarı Ağcakənd kəndindəki “Alma bağı” adlandırılan ərazidən bir ədəd partlamamış top mərmisi və digər hərbi sursat tapılmışdır.
Mərmi və hərbi sursat zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin çevik əməliyyat qrupunun əməkdaşlarına təhvil verilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]