Goranboyda qumbaraatan tapılıb
Goranboy, 17 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisində sellofan torbaya bükülmüş 1 ədəd "RPQ-7H2" tipli qumbaraatan aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, götürülən qumbaraatan müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.