GORANBOYDA YENİ HOTEL AÇILMIŞDIR
Goranboy, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-də “Goranboy” hoteli istifadəyə verilmişdir. Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, mehmanxana kompleksinin tikintisinə 2008-ci ilin iyununda başlanmışdır. İnşaat işləri ən yüksək səviyyədə və qısa müddətdə görülmüşdür. Üçmərtəbəli mehmanxanada 18 nömrə qonaqların ixtiyarına verilmişdir. Ümumilikdə, mehmanxanada eyni vaxtda 36 nəfərin qalması üçün bütün şərait vardır. Otaqların hamısı şəhərin və kompleksin daxili ATS-nə qoşulmuş telefonla, habelə internet bağlantısı olan kompyuterlərlə təmin edilmişdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi ərazisi 7,5 hektar olan kompleks bütün zəruri kommunal xidmətlərlə təchiz edilmiş, ərazi abadlaşdırılmış, yaşıllıq zolağı salınmış, örtülü istirahət guşələri yaradılmışdır. Bildirildi ki, gələcəkdə mehmanxana kompleksinin ərazisi genişləndiriləcək, burada park salınacaq, ərazidə idman meydançası tikiləcəkdir.
######
![]() |
![]() |

