MƏDƏNİYYƏT
Görkəmli sənətkarın xatirəsi anılacaq
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 13-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli müğənni, Xalq Artisti, professor Rauf Atakişiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, gecədə unudulmaz sənətkarın həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan musiqi mədəniyyəti tarixindəki xidməti fəaliyyətindən də söz açılacaq.
Qeyd edək ki, 1915-ci il iyulun 15-də Göyçayda dünyaya gələn sənətkar uzun müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, eyni zamanda 45 il müddətində Azərbaycan Dövlət Konservatoriyasının kafedra müdiri vəzifəsində çalışıb.
Azərbaycanda tanınmış ifaçılar nəslinin yetişməsində əvəzsiz rola malik olan R. Atakişiyev 1994-ci il fevralın 3-də vəfat edib.