MƏDƏNİYYƏT
Görkəmli yapon yazıçısının “Tanrıların istehzası” əsəri Azərbaycan dilində çap olunub
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) “Tərcümə Mərkəzinin kitabları” seriyasından görkəmli yapon yazıçısı Akutaqava Rünoskenin “Tanrıların istehzası” hekayələr toplusu çap olunub.
ATM-dən AZƏRTAC-a bildirilib ki, kitabda oxucuya təqdim olunan novellaların bir qismində qəhrəmanlar həyatı əhəmiyyət kəsb edən məsələlərin çözümündə seçimlər edir, digərləri həyatın mənası barədə düşüncələrə varmadan, ümumi axına qoşulurlar.
Kitabın tərcüməçisi Rövşən Ramizoğludur.
Çox qısa ömür yaşamış Akutaqava Rünoskenin (1892-1925) ədəbi irsi XX əsr ədəbiyyatının ən parlaq və qeyri-adi hadisələrindən sayılır. Əsərlərinin mövzusunu tarixi xronikalardan, rəvayətlərdən, pritça və əfsanələrdən alan sənətkar bütün istedadını insan psixologiyasını, zahirən adi görünən hadisələrin alt qatında baş verənləri özünəməxsus yüngül ironiya ilə açmağa sərf edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]