MƏDƏNİYYƏT
Görkəmli yazıçının “Sevgi məktubları” kitabı nəşr olunub
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, Xalq Yazıçısı, akademik Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma ünvanladığı məktublardan ibarət “Sevgi məktubları” kitabı nəşr olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, saf sevgi, qarşılıqlı dərin məhəbbət, qeyri-adi lirik duyğular bu məktubların ana xəttini təşkil edir. Məktubların böyük ictimai əhəmiyyəti ondadır ki, dövrün ədəbi, tarixi prosesləri, yazıçının öz müasirlərinə münasibəti burada əksini tapıb.
Kitabın redaktoru Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov, ərəb qrafikasından latın qrafikasına çevirəni isə Aslan Kənandır.