İQTİSADİYYAT
Göyçay rayonun elektrik şəbəkəsi yenidən qurulur
Bakı, 15 iyun (AZƏRTAC). Cari ilin son üç ayında “Göyçay” Elektrik Şəbəkəsi Müəssisəsində yenidənqurma və təmir-bərpa işləri ardıcıl yerinə yetirilmişdir.
Bütün bunlarla yanaşı, elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması sahəsində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin ötən 4 ayında keçirilmiş reydlər zamanı 60 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı qeydə alınmışdır. Aktlar üzrə 232,3 min kilovat-saat itirilmiş elektrik enerjisinin 13,9 min manatdan çox istehlak dəyəri bərpa olunmuşdur.
Həyata keçirilən zəruri tədbirlər istismarın səviyyəsini artırmış, istehlakçıların elektrik enerjisi ilə təminatında müsbət dəyişikliklər yaranmışdır. Bu dövrdə müəssisə üzrə ümumi istehlak edilmiş elektrik enerjisinin miqdarı təxminən 30,9 milyon kilovat-saat təşkil etmişdir.