Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Göyçay Regional Peşə Tədris Mərkəzinin binası əsaslı təmir olunub VİDEO

Göyçay, 20 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Göyçay Regional Peşə Tədris Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 20-də bu münasibətlə keçirilən tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əmək ehtiyatlarından məqsədyönlü istifadə edilməklə əhalinin səmərəli məşğulluğunun təmin olunmasını Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, bu məqsədə nail olmaq üçün həyata keçirilən tədbirlərin bir istiqaməti də işçi qüvvəsinin keyfiyyətcə yüksəldilməsi və rəqabət qabiliyyətinin artırılmasına, beləliklə də onun əmək bazarına çıxış imkanlarının genişləndirilməsinə, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun təmin edilməsinə yönəlib: “Son illərdə beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən meyarlar əsasında peşə və kvalifikasiya standartları hazırlanaraq işəgötürənlərin istifadəsinə verilir. Bununla yanaşı, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığının təmin olunması diqqətdə saxlanılır və əmək bazarının tələblərinə uyğun olaraq 70-dən çox müxtəlif peşə üzrə ənənəvi peşə təlimi metodları, həmçinin modul tədris üsulu əsasında peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunur. Nazirlik ötən il 3786 nəfər, cari ilin yanvar-oktyabr aylarında isə 3493 nəfər işaxtaran vətəndaşın bu kurslara cəlb olunmasını təmin edib”.

Səlim Müslümov qeyd edib ki, peşə hazırlığı işinin maddi-texniki bazasının gücləndirilməsi bu gün nazirliyin fəaliyyətində mühüm yer tutur: “Bununla əlaqədar Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində son vaxtlar nazirliyin Bakı şəhərindəki Regional Peşə Tədris Mərkəzində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Burada əlavə sinif otaqları və emalatxana yaradılıb, ümumilikdə mərkəzdə ayrı-ayrı peşələrin təlimi üçün sinif otaqları və emalatxanaların sayı 23-ə çatdırılıb, mərkəz ayrı-ayrı peşələrin təlimi üçün lazımi texniki və tədris vəsaitləri ilə də təmin olunub. Bu istiqamətdə işlər Göyçay rayonundakı Regional Peşə Tədris Mərkəzində də davam etdirilib”.

Nazir bildirib ki, layihə çərçivəsində əsaslı təmir və yenidənqurma işləri aparılan Göyçay Regional Peşə Tədris Mərkəzi hazırda 43 otaqdan ibarətdir. Bunun 17-si emalatxana və sinif otağıdır. Burada Göyçay Rayon Məşğulluq Mərkəzi üçün inzibati otaqlar, digər rayonlardan peşə təliminə cəlb olunmuş şəxslər üçün yataq otaqları var: “Göyçay Regional Peşə Tədris Mərkəzi, ümumilikdə 522 min nəfərdən çox əhalisi olan 6 rayon, yəni Göyçay, Ucar, Zərdab, Ağdaş, Ağsu və İsmayıllı rayonları üzrə hər il 800 nəfərədək işaxtaranı müvafiq peşələr, o cümlədən avtomobillərin təmiri üzrə çilingər, qaynaqçı, xalçaçı, bərbər, plastik məmulatlardan yığıcı çilingər, çörəkçi, qənnadçı və digər sahələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb etməyə imkan verəcək. Bu isə bölgədə işaxtaran şəxslərin yeni peşə bacarıqlarına yiyələnməklə əmək bazarına daha asan daxil olmalarında, əmək bazarında tələb və təklifin uyğunlaşdırılmasında öz müsbət rolunu oynayacaq”.

Hazırda Gəncə şəhərində də müasir tipli Regional Peşə Tədris Mərkəzinin yaradıldığını diqqətə çatdıran Səlim Müslümov mərkəzin Gəncə şəhərinin və ətraf rayonların işsiz və işaxtaran sakinlərinin peşə hazırlığının təşkilinə xidmət göstərəcəyini bildirib: “Həmin mərkəzdə yaradılan maddi-texniki baza əlilliyi olan şəxslərin də peşə hazırlığının təşkilinə imkan verəcək. Eyni zamanda burada da müxtəlif peşələr üzrə lazımi texniki və tədris vəsaitləri ilə təmin olunmuş sinif otaqları, emalatxanalar, yataqxana, kitabxana, akt zalı, bufet yaradılır. Mərkəzdə peşə təliminin daha müasir üsulla həyata keçirilməsi, kurslara cəlb olunanların yeni peşələrə daha tez yiyələnmələri üçün modul təlim texnologiyalarından geniş istifadə təmin ediləcək”.

Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Lesçenko işaxtaran vətəndaşların məşğulluq imkanlarına malik olmaları üçün onların əmək potensialının keyfiyyətcə yüksəldilməsinin vacib şərtlərdən olduğunu qeyd edib. O, bununla bağlı olaraq ölkəmizdə əmək bazarının tələbləri əsasında peşə təlimi sisteminin təkmilləşdirilməsi yönündə aparılan işlərin təqdirəlayiq olduğunu və “Sosial Müdafiənin İnkişafı” Layihəsinin bu işlərə dəstək verməkdə davam edəcəyini vurğulayıb.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək peşə tədris mərkəzinin fəaliyyətinin böyük əhəmiyyətə malik olduğunu bildirib, müəllim və kurs iştirakçılarını təbrik edib.

Daha sonra tədbir iştirakçıları Regional Peşə Tədris Mərkəzində peşə hazırlığının səmərəli təşkili üçün yaradılan şərait, sinif otaqları və emalatxana, tədris ləvazimatları, peşə təlimi prosesi ilə yaxından tanış olublar.

Göyçay Regional Peşə Tədris Mərkəzinin binası əsaslı təmir olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq