REGİONLAR
Göyçayda ev yanıb VİDEO
Göyçay, 5 may, AZƏRTAC
Göyçay rayonunda ev yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın gecə saat 3:00 radələrində rayonun Ləkçıplaq kəndində, kəndin sakini, 1975-ci il təvəllüdlü Sənan Murad oğlun Həmidova məxsus ümumi sahəsi 250 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Hadisə zamanı ev və əşyalar tamamilə yanıb. Yanğın zamanı iribuynuzlu heyvan və xeyli sayda ev quşu da tələf olub.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər alovun genişlənməsinin və ətrafa yayılmasının qarşısını alıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [19:03]
Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
- 21.05.2024 [16:17]
Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb
- 21.05.2024 [15:28]
Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir
- 21.05.2024 [13:33]