Göyçayda restoran yanıb VİDEO
Göyçay, 6 iyun, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçayda restoran yanıb.
AZƏRTAC xəbər verir ki, hadisə günorta saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. İlkin məlumatlara görə, anidən başlayan yanğın qısa zamanda şiddətlənərək bütün restoranı əhatə edib. Yanğın nəticəsində restoranın otaqları, bütün əşyaları, məişət avadanlıqları yanaraq külə dönüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Ətrafda olan tikililər yanğından mühafizə edilib, alov söndürülüb.
Faktla bağlı araşdırma aparılır.