REGİONLAR
Göyçayda “Şuşa, sən azadsan!” adlı konsert proqramı təqdim olunub
Göyçay, 8 iyul, AZƏRTAC
“Şuşa İli” çərçivəsində Göyçayda rayon icra hakimiyyətinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Şuşa, sən azadsan!” adlı tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göyçay şəhərinin mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçılarına tanınmış müğənni Aydın Saninin və Ağdaş mədəniyyət işçilərinin maraqlı konsert proqramı təqdim olunub.