GÖYÇAYDA YANĞIN OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 24-də gecə saat 2.10 radələrində Çöyçay şəhərində Mehdi Hüseynzadə küçəsindəki 40 nömrəli binanın 39-cu mənzilində yanğın hadisəsi baş vermişdir.
Nəticədə Hüseynov Vüqar Fazil oğluna məxsus mənzilin mətbəxi və eyvanı tamamilə yararsız hala düşmüşdür. Binanın 5-ci mərtəbəsində yerləşən mənzildə yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyi Göyçay Rayon Yanğından Mühafizə Bölməsinin 3 avtomaşını və 20-yə yaxın əməkdaşı cəlb olunmuşdu.
Qısa müddətdə yanğın söndürülmüş, qonşu mənzillərə və binanın dam örtüyünə keçməsinin qarşısı alınmışdır.
İlkin ehtimala görə, yanğına elektrik naqillərində qısaqapanma səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]