İQTİSADİYYAT
Göyçayın iki kəndinə təbii qaz veriləcəkdir
Göyçay, 10 oktyabr (AZƏRTAC). Göyçay rayonunda əhalinin təbii qaza olan tələbatının ödənilməsi üçün işlər görülür. Rayonun qaz istismarı sahəsindən AZƏRTAC-a bildirmişlər ki, hal-hazırda rayonun Qarayazı və Məlikkənd kəndlərinin qazlaşdırılması üçün həyata keçirilən tədbirlər davam etdirilir. Qarayazı kəndinin qazlaşdırılması üçün 27 min 649 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilmiş, 413 mənzilə sayğac quraşdırılmışdır. Yaxın günlərdə Qarayazı kəndinə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulmuşdur. Məlikkənd kəndinin sakinlərinə təbii qazın verilməsi üçün isə 7 min 202 metr qaz xətti çəkilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Kənddə 215 mənzilə sayğac quraşdırılması nəzərdə tutulmuşdur.
Cari ilin iyununda 21 illik fasilədən sonra Göyçay rayonunun Bığır kəndinə təbii qaz verilmişdir. Bu günədək Göyçay şəhərində və 18 kənddə 14 min 375 mənzil qazlaşdırılmışdır. Hazırda rayonda ümumi abonentlərin 60 faizi təbii qazdan istifadə edir. 2014-cü ilədə rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]