GÖYDƏN ÜÇ ALMA DEYİL... NƏNƏ DÜŞDÜ
Bakı, 30 sentyabr (AZƏRTAC). ABŞ-ın Nyu-Hempşir ştatında yaşayan 92 yaşlı Ceyn Bokstrak ad gününü paraşütlə 4 kilometr yüksəklikdən tullanmaqla qeyd etmişdir. Onunla birlikdə tullanan təlimatçı Pol Pekhem bildirmişdir ki, yaşına görə çox cavan qalan Ceyn nənə sağ-salamat yerə enmişdir. Təlimatçının sözlərinə görə, o, bundan əvvəl 78 yaşlı başqa bir paraşütçüyə də kömək etmişdir. Lakin Ceyn nənə onun rekordunu xeyli geridə qoymuşdur.
Ceyn nənə yeddi dəfə ərdə olmuş, çoxlu səyahət etmiş və xeyli iş yeri dəyişmişdir. O, mehmanxanada qeydiyyat şöbəsində işləmiş, məşhur Amerika aktyoru Con Ueynin oynadığı filmlərdən biri üçün kostyumlar tikmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [14:58]
“iPhone” istifadəçilərinə qarşı genişmiqyaslı kiberhücum olub
- 17.11.2026 [14:18]
Laosun “Ruh şəhəri” – Budda parkından FOTOREPORTAJ
- 17.11.2026 [14:12]