SİYASƏT
GÖYGÖL RAYONU PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRDIR
Göygöl rayonunda prezident seçkilərinə hazırlıq başa çatmışdır. 30 min 686 nəfər seçici siyahıya alınmışdır. Rayonda seçki prosesini izləmək üçün siyasi partiyalardan və qeyri-hökumət təşkilatlarından 567 nəfər müşahidəçi qeydiyyatdan keçmişdir. Onlardan 2 nəfəri beynəlxalq müşahidəçidir.
Rayondakı 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi dairə seçki komissiyasının sədri Abbas Zalovun AZƏRTAC-a verdiyi məlumata görə, seçkinin mütəşəkkil keçirilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Seçicilərdən 298 nəfərinə qeydiyyatdan çıxmaq vəsiqəsi verilmişdir. Onlar istənilən seçki məntəqəsində öz səsvermə hüquqlarından istifadə edəcəklər. Artıq bildirişlərin paylanması prosesi də başa çatmışdır.
Dairənin əhatə etdiyi 46 seçki məntəqəsinin hamısı telefonlaşdırılmışdır.