SİYASƏT
Göygöl rayonunda Dövlət Bayrağı Gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilmişdir
Göygöl, 10 noyabr (AZƏRTAC). Dövlət Bayrağı Günü münasibətilə Göygöl rayonunda ağacəkmə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun idarə və təşkilatlarının kollektivləri Göygöldə inşa edilən Dövlət Bayrağı Meydanı ətrafında abadlıq işləri görmüş, mindən çox müxtəlif ağac və gül kolları əkmiş, ərazini tullantılardan təmizləmişlər.