Göygöldə ikimərtəbəli ev yanıb
Göygöl, 27 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Göygöldə yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qırıqlı kəndində qeydə alınıb. Kənd sakini M.Veridyevə məxsus ikimərtəbəli 8 otaqlı evdə anidən yanğın olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon dövlət yanğından mühafizə hissəsini yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Ev içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın evə bitişik ümumi sahəsi 130 kvadratmetr olan talvarın taxta atmaları və bitişik tikilinin damına yığılan ot bağlamalarına da keçib. Tikili və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisəsinin başvermə səbəbləri araşdırılır.