REGİONLAR
Göygöldə Milli Musiqi Günü qeyd olunub
Göygöl, 18 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin və Göygöl “Gənclər evi”nin birgə təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev parkında yerləşən “Yaşıl Teatr” da 18 sentyabr - Milli Musiqi Günü münasibətilə “Azərbaycan musiqisinin tacı - Üzeyir Hacıbəyli” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən, 30 illik Qarabağ həsrətinə son qoyan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Nərgiz” xalq kollektivinin üzvləri və Göygöl “Gənclər evi”nin Musiqi və çalğı dərnəyinin üzvləri tərəfindən təşkil olunan konsert proqramı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, 18 sentyabr - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.