Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Göygöldə ümumdaxili məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 80,5 faizə çatıb

Göygöl, 9 fevral, Rauf Hacıyev, AZƏRTAC

Ötən il Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub.

Prezident İlham Əliyev 2017-ci il avqustun 19-da Göygöl rayonuna sayca dördüncü tarixi səfəri zamanı insanların rahatlığına xidmət edən Qələbə parkının, müasir tələblərə cavab verən şəhər 4 saylı Körpələr evi - uşaq bağçasının, Çiçəkli Su Elektrik Stansiyasının, Göygöl şəhərində Zona Toxumçuluq, Aqrokimya, Baytarlıq laboratoriyalarının və Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib, həmçinin rayonun gələcək inkişafının istiqamətlərini müəyyən edən bir sıra tapşırıqlar verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Göygöl rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında danışılıb.

Rayon icra hakimiyyətinin başçısı Arif Seyidovun məruzəsində qeyd olunub ki, 2017-ci ildə Göygöldə bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda ölkə başçısı rayona səfəri zamanı Göy-Gölə gedən avtomobil yolunun tam yüksək səviyyədə təmiri üçün verdiyi tapşırığın icrasına başlanılıb.

Diqqətə çatdırılıb ki, 2017-ci ildə əsas kapitala 39 milyon 329,6 min manat investisiya qoyulub. Bundan 37 milyon 102,4 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Ümumtəhsil məktəblərinin və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin təmirinə və tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsinə göstərilən dövlət qayğısının nəticəsi olaraq 432 şagird yerlik Üçtəpə kənd tam orta məktəbi üçün yeni bina, Xasabağ kənd ümumi orta məktəbi üçün 40 şagird yerlik və Balçılı 1 saylı körpələr evi uşaq bağçası üçün modul tipli binalar tikilib, Qızılca uşaq bağçası təmir olunub.

Keçən il əhali tərəfindən ümumi sahəsi 13 min 532,9 kvadratmetr olan 95 ədəd fərdi yaşayış evi inşa edilib, Göygöl şəhərində 10 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib

“Azərbaycan İkinci Kənd İnvestisiya Layihəsi”nin maliyyə dəstəyi ilə Sarısu və Mollacəllilli kəndlərinə içməli su xətti çəkilərək bir hovuzlu bulaqlar tikilib.

2017-ci il iyunun 20-də rayon ərazisinə düşən iri həcmli dolu nəticəsində Şəhriyar, Gəncə, Göyçəkənd, Üçbulaq, Köşkü, Aşıqlı, Yeni Zod, Mixaylovka, kəndlərində 733 fərdi yaşayış evinin və 8 sosial obyektin dam örtüyünə dəyən ziyan aradan qaldırılıb.

Ötən ilin yekunlarına görə rayonda sahibkarların sayı 785 subyekt artaraq 5 min 849-a çatıb. Kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin nəticəsi olaraq sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 38 sahibkara 409 min manat güzəştli kredit verilib. Ümumdaxili məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi rayon üzrə 80,5 faiz təşkil edib. Rayonda fəaliyyət göstərən 23 sənaye müəssisəsi tərəfindən bütövlükdə 20 milyon 240,9 min manat dəyərində məhsul istehsal edilib, sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 51,1 faiz olub.

Keçən il 50 milyon 496,1 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bunun da 99,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. 2017-ci ilin məhsulu üçün 8 min 190,3 hektar sahədə taxıl, o cümlədə 6 min 149,6 hektar sahədə buğda əkilib, 16 min 457,8 ton taxıl tədarük edilib. Bu ilin məhsulu üçün 8 min 69,3 hektar sahədə payızlıq taxıl əkilib ki, bunun da 5 min 748,8 hektarı buğdadır. Yüksək gəlir gətirən şəkər çuğundurunun əkin sahəsini genişləndirmək və fermerlərin şəkər çuğunduru becərilməsinə marağının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Nəticədə 599,1 hektar sahədə səpin aparılıb və 17 min 492 ton çuğundur tədarük olunaraq təhvil verilib.

Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə rayon üzrə 180 subartezian quyusunda cari, 13 subartezian quyusunda isə əsaslı təmir işləri aparılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ötən il 8 subartezian quyusu qazılıb, 4 subartezian quyusunda isə qazıntı işləri davam etdirilir.

Ötən il rayonda iribuynuzlu mal-qaranın sayı 20 min 248 başa, xırdabuynuzlu mal-qaranın sayı 154 min 776 başa çatıb. Heyvandarlıq sahəsində yüksək göstəricilərə nail olmaq məqsədilə bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərə 2017-ci ildə 50 faiz güzəştlə lizinq yolu ilə 6 baş cins mal-qara satılıb. Beləliklə, cins mal-qaranın sayı 174 başa çatdırılıb. Eyni zamanda, süni mayalanma yolu ilə 250 baş cins bala alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 139,2 ton, ət istehsalı 260,2 ton, yumurta istehsalı 5 min 300 ədəd artıb.

Keçən il qeydiyyata götürülən 1421 nəfər işləməyən vətəndaşdan 250 nəfəri işlə təmin olunub, 51 nəfərə isə işsizlik müavinəti verilib.

Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov və Milli Məclisin deputatı Rövşən Rzayev hesabat yığıncağında çıxış ediblər. Çıxışlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalındakı müsbət dinamikadan söz açılıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr diqqətə çatdırılıb.

Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ali qonağın şərəfinə

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub VİDEO

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb