Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gözü üstümdədir sanki...

Bakı, 25 aprel, Süleyman Qaradağlı, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev (Qəlbinur) görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyeva ilə bağlı xatirələrini AZƏRTAC-a danışıb.

Əsilzadələr nəslinin nümayəndəsi

Professorun yaddaşında görkəmli oftalmoloq-alimlə əlaqədar ən unudulmaz xatirələr yaşayır. Onlardan bir neçəsini yada salaraq deyir: “Zərifə xanım haqqında həyəcansız, hissiz, duyğusuz danışmaq olmur. Onunla bağlı xatirələri yada saldıqca təzədən həmin günlərə qayıdır, yenidən həmin günlərin ovqatını hiss edirəm. Çünki Zərifə xanım son dərəcə duyğusal, həssas, qayğıkeş, həkim, müəllim, ana adının ən üstün keyfiyyətlərinə malik bir xanım idi. Zərifə xanım ana dilində çox təmiz danışırdı, onda milli musiqimizə çox böyük sevgi və bələdlik vardı, fortepianoda ifası çox gözəl idi. Səmimiyyət və xeyirxahlığı isə ölçüyəgəlməz idi. O, həmişə tövsiyə edirdi ki, kiməsə yaxşılıq etmək istəyəndə dərhal, həmin dəqiqədə elə, sabaha saxlama. Zərifə xanımın çox incə yumor hissi də var idi, yaxınları, doğmaları ilə şux zarafatlar edərdi. Böyük bacısı Ləzifə xanım hər dərs ilinin ilk günü peşəsinə ehtiram əlaməti olaraq əyilib öz masasını öpürdü. Zərifə xanım da həmin ənənələr ruhunda tərbiyə almış, hər şeyə dəyər verən böyük əsilzadələr nəslinin nümayəndəsi idi.

SSRİ Oftalmologiya Cəmiyyəti İdarə heyətinin qərarı ilə dünyada oftalmologiya sahəsində peşə xəstəlikləri ilə əlaqədar ilk elmi laboratoriya Bakı Kondisionerlər Zavoduna yaradılmışdı. Laboratoriyaya ən müasir aparatlar və avadanlıqlar alınmışdı. Burada yüksək elmi nəticələr əldə olundu. Həmin laboratoriya hazırda Fiziologiya İnstitutunun nəzdində fəaliyyətini davam etdirir.

Zərifə xanım oftalmoloq-alim kimi bir neçə yeni elmi istiqamətin əsasını qoyub. Peşəyönümü xəstəliklərinin tədqiqi, onların korreksiya və müalicə üsulları məhz onun adı ilə bağlıdır. Heç də təsadüfi deyil ki, o, SSRİ Elmlər Akademiyasının yüksək Averbax mükafatına layiq görülmüşdü. Görkəmli alimin məşğul olduğu elmi istiqamətlərdən biri də iridodiaqnostika idi. O bu sahəyə dair ilk elmi monoqrafiyanın aparıcı müəlliflərindən biridir.

Müəllimə ehtiram nümunəsi

Bizim mentalitetdə müəllimə çox böyük hörmət və ehtiram var, ona valideynə qarşı olduğu kimi yüksək və uca dəyər verilir. Mən belə münasibətin ən yüksək formasını Zərifə xanımda görmüşəm. Tibb Universitetin rektoru, professor Zəhra Quliyeva ilə Zərifə Əliyeva çox yaxın rəfiqə idilər və onlara Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor, tibb elmləri doktoru Umnisə Musabəyli dərs demişdi. Bir hadisə indiki kimi gözümün qabağındadır. Deməli, onların çox böyük dəyər verdiyi Umnisə xanımın ayağı sınmışdı və o vaxt “Leçkomissiya” adlanan xəstəxanada müalicə alırdı. Elə oldu ki, Zəhra xanım, Zərifə xanım və mən ona baş çəkməyə getdik. Biz otağa girəndə Umnisə xanım ayağı sarğıda və çarpayıda uzanılı vəziyyətdə gənc palata həkimi ilə söhbət edirdi. Salam verdik və onların danışığının bitməsini gözlədik. Umnisə xanımın həkimlə danışdığı on-on beş dəqiqədə həm Zəhra xanım, həm də Zərifə xanım bir şagird kimi ayaq üstə dayanıb gözlədilər. Və yalnız söhbətini bitirdikdən sonra Umnisə xanım onları əyləşməyə dəvət etdi. Mən onda müəllim-şagird münasibətinin ali formasını, böyüyə hörmət və ehtiramın nə olduğunu bir daha dərk elədim. Həmin gün bu iki böyük həkimin, iki böyük alimin və azərbaycanlı xanımın davranış və münasibətlərində min illərdən gələn mental dəyərlərin mübarək və canlı bir nümunəsini gördüm. Şahidi olduğum bu əhvalatı, müəllim-şagird münasibətinin ali formasını bir etalon və etika nümunəsi kimi mən öz tələbələrimə də danışıram.

Yadda qalan xatirələr

Zərifə xanım məclislərin birində çox maraqlı və yaddaqalan bir xatirə danışmışdı. Deyirdi ki, həmin əhvalatı atası Əziz Əliyevdən eşidib. Böyük Vətən müharibəsi illərində məşhur xanəndə Cabbar Qaryağdıoğlunu döyüşə gedən əsgərlər qarşısında hərbi-vətənpərvərlik ruhunda mahnılar oxumaq üçün Biləcəridəki çağırış məntəqəsinə dəvət edirmişlər. Xanəndə həmin dəvətlərin birində “Yetim segah”ı necə təsirli oxuyursa, kövrəlib qəhərlənən çağırışçılar hamısı qaçıb məntəqənin ətrafındakı yaşıl ağaclıqların arasına doluşurlar.

Bu xəbər ovaxtkı respublika rəhbəri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırova çatdırılır. Xanəndənin məsələsi müzakirəyə çıxarılır. Müzakirə zamanı Bağırovun yanında onun çox böyük hörmət bəslədiyi yazıçı Məmməd Səid Ordubadi oturubmuş. Ordubadi Cabbar əmi ilə də yaxın dost imiş. Bağırov müzakirənin sonunda üzünü iclas iştirakçılarına, şəxsən Ordubadiyə tutaraq Cabbar Qaryağdıoğlunu necə cəzalandırmağı soruşur. Məmməd Səid dərhal “güllələnsin!” deyir. Cabbar Qaryağdıoğlunu soyuq tər basır, rəngi-ruhu qaçır. Lakin Mircəfər Bağırovun təklifi ilə xanəndəyə daha yüngül cəza verilir: onun bir müddət səhnəyə çıxışına qadağa qoyulur, maaşı kəsilir...

Cabbar Qaryağdıoğlu evə gəlir və axşamın düşməsini gözləyir. Gecə yarısı küçələrdən əl-ayaq çəkiləndən sonra gedib yaxın dostu olan yazıçının qapısını döyür. Ordubadi qapını açaraq dostunu evə dəvət edir. Cabbar gileylənməyə başlayanda Ordubadi deyir ki, mən orda sənin bağışlanmağını desəm, Bağırov sənə ən ağır cəza verəcəkdi. Mən qəsdən elə dedim ki, səni xilas etmək mümkün olsun.

...Yenə də Zərifə xanım danışırdı ki, atam Əziz Əliyev uzun illər Azərbaycandan kənarda Dağıstanda işləyib. Altı uşaqdan ibarət böyük ailənin qayğıları da bütünlüklə anası Leyli xanımın üzərinə düşüb. Anası uşaqların böyüyü Ləzifənin əlindən tutub Mircəfər Bağırovun qəbuluna gedib, xahiş edib ki, ailə böyükdür, öhdəsindən tək gələ bilmir, mümkündürsə, onun həyat yoldaşına Azərbaycanda bir iş verilsin, qayıdıb gəlsin. Bağırov ona qulaq asandan sonra deyib ki, Leyli xanım, Əziz müəllimə bu respublikada layiq olan bir yer var, orda da mən işləyirəm. Bağırov bunu deyəndən sonra xeyli susub. Leyli xanım da gözləmədiyi bu cavabdan sonra sağollaşıb evə qayıdıb.

Ulu Öndərin telefon zəngi

Bir dəfə Zərifə xanım mənə dedi ki, Heydər Əliyeviç sənin elmi uğurlarını izləyir, tibbi fəaliyyətinlə maraqlanır. Mən utanaraq ona və Heydər Əliyevə təşəkkür etdim. Bir müddət sonra Ümumittifaq Göz Xəstəlikləri İnstitutunun təqdimatı ilə elm sahəsində Ümumittifaq Lenin Komsomolu Mükafatına layiq görüləndə Heydər Əliyev Moskvadan telefonla Bakıya zəng edərək məni şəxsən təbrik etdi.

Bu hadisənin üstündən illər keçəndən sonra Heydər Əliyev ikinci dəfə ölkəmizə rəhbərlik edəndə Filarmoniyada yazıçıların qurultayında təsadüfən mənə yaxın oturacaqda əyləşdi. Görüşdük, fasilədə həmin zəngə və diqqətə görə bir daha ona təşəkkür etdim. Dedim ki, “çox sağ olun ki, Siz Moskvadan zəng edib təbrik etdiniz, amma o vaxt burada işləyənlərin heç biri bunu etmədi”. Gülümsünərək dedi: “Elə şeylərə fikir vermə! Hamı bir olmaz ki?!”

Nurlu siması daim gözüm önündədir...

Zərifə xanım Moskvada nəşr olunan o vaxtlar ən nüfuzlu oftalmoloji elmi dərgi olan “Vestnik oftalmologii” jurnalının redaksiya heyətinin üzvü idi. Jurnalın baş redaktoru Ümumittifaq Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunun direktoru, akademik M.M.Krasnov idi. Mən həmin illərdə akademikin rəhbərlik etdiyi institutun əvvəl aspiranturasında, sonralar isə doktoranturasında təhsil alırdım. Hər dəfə həmin elmi mərkəzdə, müxtəlif elmi toplantılarda olanda, ya da jurnalın redaksiya heyətinin yığıncaqlarına gələndə Zərifə xanımla görüşərdik. O, həmişə mənimlə çox səmimi hal-əhval tutar, qayğılarımla maraqlanardı.

1986-cı ilin əvvəllərində jurnalda dərc olunmaq üçün məqaləm var idi. Həmin vaxt Zərifə xanım xəstəxanada yatırdı. Mən məqaləni onun sürücüsü Yura vasitəsilə göndərdim ki, çap olunmaq üçün imzalasın. Sürücü gəlib Zərifə xanımın sağlamlıq durumu haqqında danışanda mən çox mütəəssir oldum. Bu, mənim böyük alim və unudulmaz şəxsiyyətlə son əlaqəm oldu.

Deməli, bir dəfə onların böyük bacısı Ləzifə xanım soyuqlamışdı. Gülarə xanım bacısına isti bir münasibətlə “Ləzi bacı, eybi yoxdur, keçib gedəcək, təki xəstələnək, ancaq ölməyək”, - dedi. Mən bu zarafatın, incə yumorun canlı şahidiyəm. Ailə üzvlərinin arasındakı belə incə yumorun, şux zarafatların çox şahidi olmuşam...

Lakin təəssüf ki, Zərifə xanım həmin il yataqdan durmadı. Bu böyük alimin yoxluğunu mən ən ağır və unudulmaz itkilərdən biri kimi qəbul edirəm. Bununla belə, həmişə onun varlığını hiss edirəm: məsləhətləri qulağımda səslənir, nurlu siması gözlərim önündən çəkilmir. Elə bilirəm ki, haradasa dayanıb məni, izləyir və həmişə də izləyəcək...”.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH