MƏDƏNİYYƏT
G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdi İspaniyada keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcəkdir
Bakı, 22 iyun (AZƏRTAC). İyunun 23-dən 30-dək İspaniyanın Kataloniya vilayətinin Lloret de Mar şəhərində “Opus-2012” VIII Beynəlxalq mahnı müsabiqəsi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Lloret de Mar şəhərinin mədəniyyət və turizm idarəsinin təşkilatçılığı ilə 14-21 yaşlı yeniyetmə və gənclər arasında keçiriləcək yarışmaya 17 dövlətin təmsilçisi qatılacaqdır.
Azərbaycanı mötəbər yarışmada Bakı şəhərindəki G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdi Emin Eminzadə təmsil edəcəkdir. Emin Eminzadə 30-a yaxın ölkənin içərisindən bu müsabiqədə iştiraka layiq görülmüşdür.
Yeniyetmə müğənni ilə birlikdə onun müəllimləri, xalq artistləri Fidan və Xuraman Qasımova bacıları da İspaniyaya gedəcəklər.