RƏSMİ SƏNƏDLƏR
“GUAM – DEMOKRATİYA VƏ İQTİSADİ İNKİŞAF NAMİNƏ TƏŞKİLATIN İMTİYAZLARI VƏ İMMUNİTETLƏRİ HAQQINDA” SAZİŞİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2007-ci il iyunun 19-da Bakı şəhərində GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın 2-ci Zirvə Toplantısında imzalanmış “GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın imtiyazları və immunitetləri haqqında” Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2007-ci il.