SİYASƏT
GUAM KATİBLİYİ KİYEVDƏ KEÇİRİLƏN BEYNƏLXALQ ELMİ-NƏZƏRİ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
Kiyev, 30 oktyabr (AZƏRTAC). GUAM katibliyi Taras Şevçenko adına Kiyev Milli Universitetinin 175 illik, Beynəlxalq Münasibətlər İnstitutunun və onun beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının 65 illik yubileyi münasibətilə keçirilən “Aİ-NATO-Rusiya münasibətlərinin dinamikası: Ukraynanın yeri və perspektivləri” mövzusunda elmi-nəzəri konfransda iştirak etmişdir.
Konfransın iştirakçıları arasında Ukraynanın xarici siyasət və diplomatiya sahəsində aparıcı siyasətçiləri, alimləri və ekspertləri olmuşlar.