GÜCLÜ KÜLƏK AĞSUDA PROBLEMLƏR YARATMIŞDIR
Fevralın 20-si səhər saat 5-dən başlayan və fasilələrlə iki gün davam edən güclü külək Ağsu rayonunda bir sıra fəsadlar törətmiş, gündəlik həyat ahənginin pozulmasına səbəb olmuşdur.
Bu barədə rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirmişlər ki, ilkin məlumatlara görə külək 20 binanın, 3 fərdi evin, 3 sahibkarlıq obyektinin dam örtüyünü sıradan çıxarmışdır. Külək təkcə Ağsu şəhərində 15 iri ağacı kökündən qoparmışdır.
Ən çox zərər elektrik təsərrüfatına dəymiş, 80 dirək yıxılmış və ya sınmış, 5 kilometr məsafədə məftillər qırılmışdır. Nəticədə rayonda elektrik enerjisinin verilişi demək olar ki, dayandırılmışdır.
Telekommunikasiya qovşağına da xeyli zərər dəymişdir. 27 dirək aşmış, 1200 metr telefon xətti qırılmışdır.
Hazırda bütün qüvvələr dəymiş zərərin aradan qaldırılmasına səfərbər edilmişdir. Artıq fevralın 22-də şəhərdə qırılmış ağaclar götürülmüş, küçələr təmizlənmişdir. Günortaya yaxın şəhərdə elektrik enerjisinin verilişi bərpa olunmuşdur. Hazırda bu iş kənd yaşayış məntəqələrinə gedən xətlərdə davam etdirilir. Bu işdə “Kürdəmir regional” MMC-dən göndərilmiş briqada və texnika da yaxından iştirak edir. Fevralın 23-ü axşamadək kəndlərdə enerji təchizatının 80-90 faiz bərpa ediləcəyi gözlənilir.
Rayon icra hakimiyyəti tərəfindən yaradılmış xüsusi komissiya vətəndaşlara, sahibkarlara, habelə ictimai binalara dəyən zərəri müəyyənləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]