Güclü külək Tbilisidə ciddi fəsadlar törədib
Tbilisi, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da axşam saatlarında Gürcüstan ərazisində yağan leysan yağışlar və güclü külək bölgələrdə və paytaxt Tbilisidə bir sıra ciddi fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi şəhər meriyası məlumat yayıb.
Bildirilir ki, güclü külək əsasən Saburtalo və Vaki rayonlarına təsir edib. Xüsusən də Maricani küçəsində ağacların aşması nəticəsində elektrik naqilləri zədələnib, bəzi yarımçıq qalmış tikililərin divarları uçub. İnsanların mülklərinə, xüsusən də avtomobillərə xeyli ziyan dəyib. Tbilisi meriyasının müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçiblər. Meriyada qaynar xətt yaradılıb.
Qərb bölgəsində yağan leysan yağışlar da ziyansız ötüşməyib. Bəzi əraziləri su basıb, sel təhlükəsi yaranıb, çaylarda suyun səviyyəsi artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]