Güclü qar Gürcüstanda problemlər yaradıb
Tbilisi, 3 mart, AZƏRTAC
Gürcüstandan Rusiyaya gedən “Yuxarı Lars” avtomobil yolunun Qudauri-Kobi hissəsi güclü qar səbəbindən tam bağlanıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın bəzi bölgələrində qarın hündürlüyü bir metrə çatıb.
Ölkənin qərb bölgəsinin əksər dağlıq hissələrinə yağan qar problemlər yaradıb. Bəzi yollarda ağaclar və elektrik naqilləri qarın ağırlığına tab gətirməyərək qırılıb.
Martın 3-də ölkə ərazisində güclü qar yağacağı gözlənilir.
Hava şəraitinin martın 4-dən yaxşılaşacağı proqnozlaşdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]