GÜLÜSTAN SARAYINDA RƏSMİ QƏBUL
Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak etmişdir.
Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Qəbulda xarici ölkələrin rəsmi nümayəndə heyətlərinin üzvləri, xarici neft şirkətlərinin və neft sənayesində çalışan şirkətlərin təmsilçiləri, səfirliklərin və işgüzar dairələrin, respublika ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev qəbulda nitq söylədi.
Beynəlxalq Əməliyyat Şirkətinin Prezidenti Devid Vudvord qəbulda çıxış etdi.
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə bayram konserti oldu.
Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin və Baş nazirin müavinləri və digər rəsmi şəxslər qəbulda iştirak edirdilər.
(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).