CƏMİYYƏT
Gün ərzində 38 cinayət faktı qeydə alınmışdır
Bakı, 21 mart (AZƏRTAC). Respublikanın daxili işlər orqanları tərəfindən martın 19-da qeydə alınmış 38 cinayət faktından 15-nin üstü “isti izlər”lə açılmışdır. Ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölmüş, 7 nəfər yaralanmışdır.
Daxili işlər orqanlarının əməkdaşları narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən etmişlər.
Cinayət törətdiyinə görə 13 nəfər tutulmuşdur.