Azərbaycan Dövlət İnformasiya Agentliyi

Günəş şüaları ilə nurlanmış ağ ev – Xanın imarətindən REPORTAJ

Ağdam, 29 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam şəhərindəki “İmarət” kompleksi Qarabağın ən mühüm tarixi-memarlıq abidələrindəndir. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının, eləcə də xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarların və onların nəslindən olan görkəmli şəxslərin qəbirüstü türbələrinin, məzarlarının olduğu bu məkan həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir.

44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində təkcə Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilmədi, həm də bu yerlərdəki tarixi-mədəni abidələrimiz, o cümlədən Ağdam şəhərindəki “İmarət” kompleksi əsirlikdən qurtuldu. Ağdam azadlığına qovuşandan sonra bura səfər edəndə ilk baş çəkdiyimiz məkanlardan biri “İmarət” kompleksi olmuşdu. O zaman burada gördüyümüz mənzərədən çox məyus olmuşduq. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti, ərazidəki türbələr də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında və türbələrdə inək, donuz saxlanılıb. Ərazidəki qədim qəbiristanlıq erməni vandalizminə məruz qalıb, baş daşları və sinə daşları, o cümlədən Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi dağıdılıb.

“İmarət” kompleksi tarixi və mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir

Tarixçi Fəqani Səfərovla söhbət edirik. Bildirir ki, “İmarət” kompleksi tarixiliyi ilə yanaşı, mənəvi cəhətdən də önəmli bir məkandır. Çünki burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib.

F.Səfərov qeyd edir ki, XVIII əsrə aid olan Qarabağ xanlığının tarixi dövrümüzə qədər geniş tədqiq olunmayıb: “Biz Qarabağ xanlığının tarixini əsas mənbə hesab edilən Mirzə Adıgözəl bəyin 1845-ci ildə qələmə aldığı “Qarabağnamə”, Mirzə Camal Cavanşirin 1847-ci ilə yazdığı “Qarabağ tarixi”, Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının siyasi vəziyyətinə dair”, Mirzə Yusif Qarabağinin yazdığı “Tarixi-safi” və Mir Mehdi Xəzaninin yazdığı “Qarabağın tarixi” əsəri ilə öyrənmişik. Qarabağ xanlığının öyrənilməsinə dair mənbə hesab edilən həmin əsərlərdə xanlığın mərkəzi olmuş qala-şəhərlərin (Bayat qalası, Şahbulaq-Tərnəküt qalası və Şuşa qalası) siyasi tarixi, təbii sərvətləri, inzibati-ərazi sistemi, əhalinin etnik-dini tərkibi, vergi və mükəlləfiyyətləri, sənətkarlığı haqqında geniş məlumat olsa da, müəlliflər Qarabağ xanı Pənahəli xanın Ağdamda olan imarəti haqqında fərqli məlumatlar vermişlər. Mirzə Adıgözəl bəyin əsərində XVIII əsrin hadisələrini müəllifin özünün qeyd etdiyi kimi, o dövrün yaşlı adamlarının söylədiklərindən alıb. Qeyd olunur ki, Pənahəli xanın sələflərinin dəfn edildiyi məzarlıq Pənahəli xanın atası İbrahimxəlil ağa tərəfindən salınmışdır. 1754-1759-cu illərdə isə Pənahəli xan özünə burada yay iqamətgahı tikdirmişdir (“İmarət”). Pənahəli xan 1763-cü ildə Şirazda qətlə yetirildikdən sonra onun nəşi Qarabağa gətirilərək “İmarət”də dəfn edilmişdir. Xan sarayının bütün vəfat etmiş üzvləri də Ağdamda “İmarət” məzarlığında dəfn olunub”.

Tarixçinin sözlərinə görə, mənbələrdə sarayın qarşısında hündür çinar ağaclarının olması barədə də məlumatlar var. “Bu ağacların xanın vaxtında əkildiyi bildirilir. Biz kompleksin ərazisində dövrümüzə qədər qalmış həmin ağacların ermənilər tərəfindən kəsilərək məhv edildiyinin şahidi oluruq. Bu isə onu göstərir ki, düşmən təkcə şəhərlərimizə, kəndlərimizə, tarixi və dini abidələrimizə qarşı deyil, həm də ekologiyaya, yaşıllıqlara qarşı da vandalizm həyata keçirib”, - deyə o əlavə edib.

Xanın sarayı interaktiv muzey kimi fəaliyyət göstərəcək

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb.

Mədəniyyət Nazirliyinin aparat rəhbəri Xanlar Ağalarov bu barədə danışarkən bildirib ki, xarici mütəxəssislər tərəfindən sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək. Kompleksin bərpası ilə bağlı hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Xanlar Ağalarov onu da vurğuladı ki, “İmarət” kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib: “Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun mütəxəssisləri tərəfindən bu ilin aprelində kompleksin ərazisində arxeoloji tədqiqatlara başlanılıb. Düşünürük ki, ərazidə müəyyən edilən qəbirlər, qəbirlərdən götürülən nümunələr ümumilikdə kompleks haqqında olduqca önəmli məlumatların üzə çıxarılmasına kömək edəcək”.

Arxeoloji tədqiqatlar zamanı “İmarət” kompleksi ərazisində 213 qəbir müəyyən edilib

“İmarət” kompleksində aparılan tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları aşkarlanıb. Ərazidə xüsusilə kəllə və çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də var. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyevlə də söhbətimiz elə bununla bağlı oldu. Bildirdi ki, “İmarət” kompleksi ərazisində aparılan qazıntılar zaman 213 qəbir müəyyən edilib. Bu qəbirlərin əksəriyyəti torpaq qəbirlərdir. Antropoloji tədqiqatlar nəticəsində məlum olub ki, ermənilər əsasən XX əsrin 30-70-ci illərinə aid olan qəbirlərin başdaşlarını, sinədaşlarını tikinti materialı kimi istifadə ediblər.

Qarabağ xanlarının və ailə üzvlərinin üz cizgiləri müəyyənləşdiriləcək

Fərhad Quliyev qeyd edib ki, türbələrdə dəfn olunan xan ailəsinin üzvlərinə məxsus qəbirlər açılıb və onların qohumluq əlaqələrini sübuta yetirən faktları bir yerə toplamaq üçün müəyyən olunmuş 213 qəbirin 22-dən DNT nümunələri götürülüb:

“Türbələrdəki qəbirlər açıldı və orada dəfn olunan xan ailəsinin məhz bir-birinə qohumluq əlaqələrini sübuta yetirən faktları üzə çıxarmaq məqsədilə DNT analizləri üçün nümunələr götürüldü. Çünki bu gün də bəzi yazılı mənbələrdə hansı türbədə hansı xanın və ailə üzvünün dəfn olunması ilə bağlı ziddiyyətli fikirlər var. Məsələn, bizdə məlumat var idi ki, ikinci türbədə yalnız bir qəbir var. Amma yeddi qəbir aşkar olundu. Əksəriyyəti də uşaqlara aid qəbirlərdir. Antropologiya sahəsindəki yeni tədqiqat üsullarının tətbiq etməklə biz nəinki onların qohumluq əlaqələrini, həmçinin kəllə sümüyünün skan edilməsi vasitəsilə sifət cizgilərini də müəyyən edə biləcəyik. Aparılan tədqiqatların yekununda biz Qarabağ xanlığının tarixi gerçəkliyini dəqiq bir şəkildə xalqımıza və ictimaiyyətə təqdim edə biləcəyik”.

Tarixi qəbiristanlıq haqqında dəqiq və yeni informasiyalar ortaya qoyulacaq

Türbələrin içərisində əksəriyyəti sərdabə tipli olmaqla, 17 qəbir qeydə alınıb. Bu barədə danışan Fərhad Quliyev deyib: “Xan ailəsinin üzvlərini adi torpaq qəbirdə dəfn etmirdilər. Türbələrdə aşkar olunan sərdabələr qəbirlərin xan ailəsinə məxsus olmasını göstərir. Türbənin ətrafında daha 8 qəbir qeydə aldıq, bu qəbirlər təbii proseslər nəticəsində itiblər. Həmin 8 qəbir də qırmızı kərpicdən hörülüb və hesab edirik ki, xan ailəsinin üzvləri ola bilər. Qəbirlərin quruluşu, strukturu bunu bizə deməyə əsas verir”.

Onu da öyrənirik ki, “İmarət” kompleksindəki tarixi qəbiristanlıqda da bərpa işləri aparılacaq. Buradakı başdaşları və sinədaşları Şahbulaqdan gətirilərək hazırlanıb. Tədqiqatların ikinci mərhələsində daşların üzərindəki yazılar oxunacaq. Bununla da qəbirlərin məxsusluğu məsələsinə aydınlıq gətiriləcək. Beləliklə, tədqiqatların sonunda tarixi qəbiristanlıq haqqında dəqiq və yeni informasiyalar ortaya qoyulacaq.

“İmarət”də aparılan arxeoloji tədqiqat işlərinin birinci mərhələsi başa çatır

“İmarət” kompleksində aparılan arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşır. Burada tədqiqat işlərinin ikinci mərhələsinə başlanılacaq.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirib ki, ərazidə geniş arxeoloji qazıntıların aparılması ilə yanaşı, abidələrin vəziyyəti də öyrənilib, tədqiqatlar aparılıb. “Tarixi mənbələrdən məlumat var ki, “İmarət” kompleksində istifadə olunan daşlar Şahbulaqdan gətirilib. Odur ki, bərpa işləri zamanı istifadə olunan daşlar da həmin yerdən gətirilir. Çalışacağıq ki, layihə mümkün qədər tez yekunlaşsın”, - deyə S.Hacıyeva vurğulayıb.

Tədqiqatçılar “Ağdam” toponiminin mənasını XVIII əsrin birinci yarısında Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın bu şəhərdə ağ daşdan tikdirdiyi imarətlə əlaqələndirərək, həmin imarətin uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrildiyini, “Ağdam”ın - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını ifadə etdiyini yazırlar. 30 illik əsarətdən sonra azadlığına qovuşmuş “İmarət” kompleksində və ərazidəki qədim məzarlıqda aparılan təmir-bərpa və tədqiqat işləri onu deməyə əsas verir ki, Günəş şüaları ilə nurlanmış ağ ev tezliklə Qarabağ tarixinin mühüm bir dövrünə işıq saçacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib