Gürcüstan əhalisi 1,1 faiz azalıb
Tbilisi, 29 aprel, AZƏRTAC
Gürcüstan əhalisi əvvəlki illərlə müqayisədə xeyli azalıb. 2022-ci il yanvarın 1-nə olan statistik məlumata əsasən, Gürcüstan əhalisinin sayı 3 milyon 688,6 min nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə ölkədə əhalinin sayında 1,1 faiz azalma qeydə alınıb. Bildirilir ki, əhalinin 59,7 faizi şəhərlərdə, onların da üçdə bir hissəsi paytaxt Tbilisidə yaşayır. Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin əhali sayı isə 434,5 min nəfərdir ki, onların da 191,3 mini şəhərlərdə, 243,2 min nəfəri isə kəndlərdə məskunlaşıb.
Yaş tərkibinə gəlincə, əhalinin 20,8 faizini 0-14 yaşlı şəxslər, 63,7 faizini 15-64 yaşlı şəxslər, 15,5 faizini isə 65 və ondan yuxarı yaşlı şəxslər təşkil edir. Gürcüstan əhalisinin 48 faizini kişilər, 52 faizini isə qadınlar təşkil edir. Kişilərin sayı 1 milyon 770 min nəfər, qadınların sayı isə 1 milyon 918,7 min nəfərdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [19:30]
Dünya çempionu Almaniya prezidentliyinə namizəddir
- 14.11.2026 [19:07]
"Meta" 805 milyon avro məbləğində cərimələnib
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]