SİYASƏT
Gürcüstan özünün strateji tərəfdaşı Azərbaycan ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır
Tbilisi, 28 noyabr (AZƏRTAC). Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn ilə görüşmüşdür.
Dövlət naziri azərbaycanlı diplomatı əmin etmişdir ki, onun başçılıq etdiyi nazirlik fəaliyyət dairəsinə daxil olan məsələlər üzrə əməkdaşlığın daha da inkişafına yardım edəcəkdir.
P.Zakareişvili Gürcüstanın strateji tərəfdaş, qonşu və dost Azərbaycan ilə müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulamışdır.
Səfir Azər Hüseyn Paata Zakareişvilini nazir vəzifəsinə təyin edilməsi münasibətilə təbrik etmiş və Azərbaycan tərəfinin də əməkdaşlığa hazır olduğunu bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi