DÜNYA
Gürcüstan parlamenti fəaliyyətini bərpa edib
Tbilisi, 18 noyabr, AZƏRTAC
Tbilisidə Gürcüstan parlamenti ətrafında və Rustaveli prospektində keçirilən aksiyanın dağıdılmasından sonra qanunverici orqan fəaliyyətini bərpa edib.
AZƏRTAC xəbər verir ki, hazırda parlamentdə büro iclası və çoxluğu təmsil edən fraksiyanın toplantısı keçirilir.
Qeyd edək ki, aksiyanın dağıldılması zamanı 18 nəfər saxlanılıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, həmin şəxslər polisin qanuni tələblərinə əməl etmədikləri və qanun keşikçilərinə müqavimət göstərdikləri üçün saxlanılıblar.
Hazırda parlamentin binasına yaxın olan küçələr və Rustaveli prospektində təmizlik işləri davam etdirilir.
Artıq Rustaveli prospektində avtomobillərin hərəkəti qismən bərpa olunub. Yaxın vaxtlarda digər küçə və yollarda avtomobillərin hərəkətinin bərpa olunması nəzərdə tutulub.
Hazırda polis əməkdaşları Rustaveli prospektində və ətraf küçələrdə ictimai asayişin qorunmasını təmin edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]