Gürcüstan parlamentində əlbəyaxa dava olub
Tbilisi, 3 aprel, AZƏRTAC
Gürcüstan parlamentinin aprelin 3-də keçirilən iclasında deputatlar arasında qarşıdurma yaranıb. Deputatlar arasındakı mübahisə sonradan əlbəyaxa davaya çevrilib.
AZƏRTAC xəbər verir ki, müxalif "Vətəndaşlar" partiyasından olan deputat Aleko Elisaşvili hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının üzvlərinin "xarici agentlər" haqqında qanun layihəsini yenidən parlamentə çıxarmasına etiraz edib. Bildirib ki, “Rusiya qanunu” olan layihənin yenidən müzakirəyə çıxarılması hər kəsə qarşı təhqirdir.
Onun bu bəyanatını hakim partiyadan olan deputatlar etirazla qarsalayıblar və mübahisə yaranıb. Mübahisə daha sonra qarşıdurmaya çevrilib.
Parlament sədri Şalva Papuaşvili deputatların "Rusiya qanunu" ifadəsini işlətməməsini tələb edib. Sonra texniki fasilə elan olunub və Aleko Elisaşvili iclas zalından çıxarılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]