SİYASƏT
Gürcüstan parlamentinə seçkilərdə qalib gəlmiş koalisiyanın üzvləri ali qanunvericilik orqanının Tbilisiyə qaytarılmasını tələb edirlər
Tbilisi, 11 oktyabr (AZƏRTAC). Gürcüstan parlamentinə seçkilərdə qalib gəlmiş “Bidzina ivanişvili - gürcü arzusu” siyasi blokunun üzvləri ali qanunvericilik orqanının Kutaisi şəhərindən Tbilisiyə köçürülməsini istəyirlər.
Gürcüstan Prezidentinin təşəbbüsü ilə Konstitusiyada dəyişiklik edilərək parlament ölkənin 2-ci şəhəri olan Kutaisiyə köçürülmüşdür.
“Gürcü arzusu” koalisiyasının üzvləri Konstitusiyanın tələbinə uyğun olaraq parlamentin ilk iclasının Kutaisidə keçirilməsini və sonradan ali qanunvericilik orqanının Tbilisiyə qaytarılmasını tələb edirlər.
Yeni parlamentin Avropa ilə inteqrasiya məsələləri komitəsinin sədrliyinə namizəd Viktor Dolidze Tbilisinin ölkənin siyasi mərkəzi statusunda qalması üçün bunun vacib olduğunu demişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi