SİYASƏT
Gürcüstan portalları Azərbaycan Prezidentinin Yunanıstanın səfiri ilə görüşündəki çıxışından yazır
Tbilisi, 3 sentyabr, AZƏRTAC
Gürcüstanın 24news.ge və newsday.ge informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən söylədiyi fikirlər barədə məlumatlar yayıb.
AZƏRTAC-a istinadla yayılan məlumatlarda dövlət başçısının Azərbaycan ilə Yunanıstan arasındakı əlaqələrin zəif inkişaf etməsinə təsir göstərən səbəblərlə bağlı fikirləri yer alıb. Bundan başqa, Prezident İlham Əliyevin Azərbaycanın Türkiyənin haqlı mövqeyini dəstəkləməsinə dair fikirləri məlumatlarda əksini tapıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi