Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÜRCÜSTAN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EDUARD ŞEVARDNADZEYƏ

Hörmətli Eduard Amvrosiyeviç, 

Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ötən dövrdə dövlətlərarası münasibətlərimiz hərtərəfli inkişaf etmiş, strateji tərəfdaşlıq xarakteri almışdır.

Səmimi dostluq, əməkdaşlıq və mehriban qonşuluq ənənələri əsrlərdən bəri xalqlarımız arasında münasibətlərin əsası olmuşdur. İnanıram ki, bu ənənələr xalqlarımızın rifahı naminə, Qafqazda sülh və sabitlik naminə bundan sonra da inkişaf edəcək və artacaqdır.

Əminəm ki, regional və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət və qarşılıqlı dəstək, transmilli layihələrin həyata keçirilməsində birgə səylər ölkələrimizin müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, xalqlarımızın rihafının yüksəlməsinə xidmət edəcəkdir.

Hörmətli Eduard Amvrosiyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, dost Gürcüstan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 noyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin