GÜRCÜSTAN QIŞ VAXTINA KEÇİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan, Prezident Mixail Saakaşvilinin sərəncamı ilə qış vaxtına keçəcəkdir. Sərəncama görə, oktyabrın 31-də gecə saat 3-də ölkə ərazisində saatların əqrəbi bir saat geri çəkiləcəkdir. Nazirlik, müəssisə, idarə və təşkilatların rəhbərlərinə iş vaxtını 1 saat azaltmağa icazə verilmişdir.