Gürcüstanda 2846 nəfər koronavirusdan ölüb
Tbilisi, 13 yanvar, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı artıb. Son sutka ərzində daha 1618 nəfərə koronavirus diaqnozu qoyulub, 403 nəfər sağalıb, 26 nəfər isə pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, hazırda ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 243 min 255-ə, bu xəstəlikdən müalicə olunanların sayı 227 min 611-ə çatıb.
Bu günədək 2846 nəfər isə pandemiyanın qurbanı olub.
Hazırda Gürcüstanda 12 min 771 aktiv koronavirus xəstəsi var. Onlardan 3873-ü xüsusi xəstəxanalarda müalicə olunur. Aktiv xəstələrin 816-nın vəziyyəti ağırdır, onlardan 242 nəfər süni nəfəs aparatına qoşulub.
Bu gün Gürcüstanda 579 nəfər kovid otellərdə, 496 nəfər karantin zonalarında, 22 min 797 nəfər isə özünütəcrid rejimindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]