Gürcüstanda bu obyektlər bağlanmayacaq
Tbilisi, 20 mart, AZƏRTAC
Gürcüstanda ərzaq mağazaları, aptek, bank, poçt və yanacaqdoldurma məntəqələri istisna olmaqla digər ticarət obyektləri bağlanacaq.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Milli Təhlükəsizlik Şurasının koronavirusla əlaqədar keçirilmiş iclasından sonra çıxış edib.
Hökumət başçısının sözlərinə görə, şuranın iclasında bir neçə qərar qəbul olunub. Baş Nazir deyib: “Biz artıq koronavirusun yayılma mərhələsinə keçirik. Bunun qarşısını almaq üçün əlavə ciddi tədbirlər görməliyik. Ona görə də ərzaq mağazaları, aptek, bank və poçt şöbələri, eləcə də yanacaqdoldurma məntəqələri istisna olmaqla digər ticarət obyektləri bağlanmalıdır”.
Milli Təhlükəsizlik Şurasının iclasında prezident Salome Zurabişvili, parlamentin sədri Arçil Talakvadze də iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [15:12]
Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib
- 13.11.2026 [12:43]
Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq
- 13.11.2026 [11:31]
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
- 13.11.2026 [10:50]
Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb
- 13.11.2026 [10:31]
Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub
- 13.11.2026 [08:01]