Gürcüstanda daha 196 nəfərdə koronavirus aşkar edilib
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Gürcüstanda son 24 saat ərzində daha 196 nəfərdə koronavirus aşkar edilib.
Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 2758-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında yerləşdirilib.
Pandemiya qurbanlarının sayı isə dəyişməyib - 19 nəfərdir.
Xarici ölkələrdə yaşayan 41 Gürcüstan vətəndaşı da müalicə üçün Tbilisiyə gətirilib.
Koronavirusdan 1369 nəfərin müalicə olunduğu bildirilir.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı cari il fevralın 26-da qeydə alınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]