GÜRCÜSTANDA DİZEL YANACAĞI BAHALANACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Neft Məhsulları İstehsalı, İxracı və İstehlakçıları İttifaqının sədri Vano Mtvralaşvilinin sözlərinə görə, yaxın vaxtlarda ölkədə benzinin bahalanması gözlənilmir. O bunun son həftə ərzində beynəlxalq bazarda benzinin hər tonunun qiymətinin 30-50 dollar ucuzlaşaraq 700 dollara düşməsi ilə əlaqədar olduğunu bildirmişdir. Hazırda Gürcüstanda Azərbaycandan alınmış 72 oktanlı benzinin litri 1,45-1,50 lari (1 dollar 1,65 laridir), Avropadan gətirilmiş “Premium” benzininin litri 1,654 lari, “Super” benzin isə 1,75 laridir.
V.Mtvralaşvili benzindən fərqli olaraq dizel yancağının qiymətinin artacağını bildirmişdir. O, bunu beynəlxalq bazarda dizel yanacağının hər tonunun qiymətinin 50-70 dollar artaraq 650 dollara çatması ilə əlaqələndirmişdir. Hazırda Azərbaycan və Türkmənistandan alınan dizel yanacağının hər litrinin qiyməti 1,30-1,35 lari, Avropadan gətirilən dizel yanacağının litri isə 1,50-1,55 laridir. Yaxın günlərdə dizel yanacağının bir litrinin qiymətinin 0,10 lariyədək bahalanacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
- 14.11.2026 [07:08]
Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]